Qanunvericilik › Hidrotexniki qurğuların təhlükəsizliyi haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 2

Maddə 2. Hidrotexniki qurğuların təhlükəsizliyi haqqında qanunvericilik

Hidrotexniki qurğuların təhlükəsizliyi haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

2.1. Hidrotexniki qurğuların təhlükəsizliyi haqqında qanunvericilik bu Qanundan, Azərbaycan Respublikasının Su Məcəlləsindən, "Meliorasiya və irriqasiya haqqında", "Su təchizatı və tullantı suları haqqında", "Energetika haqqında", "Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında", "Texniki təhlükəsizlik haqqında" Azərbaycan Respublikasının qanunlarından və digər normativ hüquqi aktlardan ibarətdir.

2.2. Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrdə hidrotexniki qurğuların təhlükəsizliyi ilə əlaqədar müəyyən edilmiş qaydalar bu Qanunda nəzərdə tutulmuş qaydalardan fərqlənərsə, beynəlxalq müqavilələrin qaydaları tətbiq edilir.

2.3. Hidrotexniki qurğuların təhlükəsizliyi sahəsində beynəlxalq əməkdaşlıq Azərbaycan Respublikasının qanunvericiliyinə və beynəlxalq hüquq normalarına uyğun olaraq Azərbaycan Respublikası ilə başqa dövlətlər və beynəlxalq təşkilatlar arasında bağlanmış müqavilələr, sazişlər və razılaşmalar əsasında həyata keçirilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver