Qanunvericilik › Hidrotexniki qurğuların təhlükəsizliyi haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 5

Maddə 5. Hidrotexniki qurğuların dövlət reyestri

Hidrotexniki qurğuların təhlükəsizliyi haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

5.1. Hidrotexniki qurğuların dövlət reyestri qurğunun məqsədli təyinatını, texniki xassələrini, təhlükəsizlik dərəcəsini və təhlükəsizliyi üzrə təsnifatını özündə əks etdirən məlumatlar toplusudur və onların sistemləşdirilmiş qeydiyyatını, səmərəli istifadəsini və mühafizəsini təşkil etmək məqsədi ilə aparılır.

5.2. Hidrotexniki qurğuların dövlət reyestrinin tərtib olunması və aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

5.3. Hidrotexniki qurğuların təhlükəsizlik bəyannaməsi təsdiq edildikdən sonra dövlət reyestrinə daxil edilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver