Qanunvericilik › İcbari sığortalar haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 12

Maddə 12. Sığorta haqlarının bölüşdürülməsi

İcbari sığortalar haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

12.1. İcbari sığortalar üzrə hesablanmış sığorta haqlarından bu Qanunun 12.2-ci maddəsində göstərilmiş məcburi ayırmalar nəzərə alınmaqla, “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 81.8-ci maddəsində nəzərdə tutulmuş qaydada sığorta ehtiyatları formalaşdırılır.

12.2. İcbari sığorta müqavilələri üzrə daxil olan sığorta haqlarından bu Qanunun 26-cı maddəsində nəzərdə tutulmuş sığortaçının qarşısıalınma tədbirləri fonduna 1 faiz həcmində, habelə bu Qanunun 28.3-cü, 30.1-ci, 30.3-cü və 31.1-ci maddələrində müəyyən edildiyi hallarda digər məcburi ayırmalar da həyata keçirilir.

12.3. Bu Qanunun 12.2-ci maddəsində nəzərdə tutulmuş məcburi ayırmalar, qanunda başqa cür nəzərdə tutulmamışdırsa, maliyyə ilinin hər rübü üzrə həmin rüb başa çatdıqdan sonra 20 gün ərzində müvafiq hesablara köçürülməlidir.

12.4. Sığortaçı daxil olan sığorta haqlarının 20 faizədək hissəsini işlərin aparılması xərclərinə, o cümlədən 15 faizədək hissəsini sığorta vasitəçiliyi xidmətinə görə verilən komisyon muzdlara sərf edə bilər.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver