Qanunvericilik › İcbari sığortalar haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 24

Maddə 24. Zərərçəkənin hüquqları

İcbari sığortalar haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

24.1. Zərərçəkənin aşağıdakı hüquqları vardır:

24.1.1. nəticəsində ona zərər dəymiş sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi haqqında sığortaçıya məlumat vermək;

24.1.2. sığortalının və ya sığorta olunanın əvəzinə sığorta ödənişinin verilməsi üçün tələb olunan sənədləri yığmaq və onları sığortalı ilə icbari sığorta müqaviləsi bağlamış sığortaçıya təqdim etmək;

24.1.3. sığortaçı tərəfindən aparılan, sığorta hadisəsi hesab edilə bilən halın araşdırılmasının və sığorta ödənişi məbləğinin müəyyənləşdirilməsinin gedişatı və nəticələri ilə tanış olmaq;

24.1.4. müvafiq hallarda, o cümlədən sağlamlığa və (və ya) əmlaka dəyən zərərin sığortaçı tərəfindən müəyyənləşdirilmiş həcmi ilə razılaşmadıqda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 925-1-ci maddəsinə uyğun olaraq müstəqil ekspertin təyin edilməsini tələb etmək;

24.1.5. bu Qanunla müəyyən edilmiş hallarda və qaydada sığorta ödənişi almaq;

24.1.6. sığortaçının sığorta ödənişindən imtina barədə qərarından, zərərin müəyyənləşdirilməsi ilə bağlı müstəqil ekspertin təyin edilməsi tələbinin sığortaçı tərəfindən yerinə yetirilməməsindən və ya sığorta ödənişinin məbləği ilə razılaşmadığı halda Mərkəzi Banka və məhkəməyə şikayət etmək;

24.2. Bu Qanunla müəyyən edilmiş hallarda zərərçəkənin bu maddədə nəzərdə tutulmuş hüquqları digər faydalanan şəxslərə keçir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver