Qanunvericilik › İcbari sığortalar haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 28

Maddə 28. Büroda iştirakın qaydası

İcbari sığortalar haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

28.1. Büronun iştirakçısı olmaq istəyən sığortaçı müvafiq icbari sığorta növünə icazənin verilməsi ilə bağlı Mərkəzi Bankın ilkin razılığı ifadə olunan sənədin əlavə olunduğu rəsmi müraciətini Büroya təqdim etməlidir.

28.2. İştirakçı sığortaçı ilə Büro arasındakı qarşılıqlı münasibətlər, o cümlədən sığortaçının Büronun fəaliyyətindəki iştirakı, onun qarşısındakı hesabatlılığı, məlumatların təqdim edilməsi və digər məsələlər Büronun nizamnaməsində nəzərdə tutulur.

28.3. İştirak haqqı Büronun iştirakçısı olmaq üçün müraciət etmiş sığortaçının ödəməli olduğu məbləğdir.

28.4. İştirak haqqının məbləği Mərkəzi Bank tərəfindən müəyyən edilir.

28.5. İştirak haqqının ödənilməsini və bu Qanunun 30.1-ci maddəsində nəzərdə tutulmuş təminat depozitinin yerləşdirilməsini təsdiq edən sənədlərin Büroya daxil olduğu tarixdən sığortaçı Büronun iştirakçı sığortaçıların reyestrinə daxil edilir.

28.6. Bu Qanunun 28.3-cü maddəsində nəzərdə tutulmuş iştirak haqqını və 30.1-ci maddəsində nəzərdə tutulmuş təminat depozitini ödəyəcəyi halda məcmu kapitalı “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 79.4-cü və 79.5-ci maddələrində müəyyən edilmiş tələblərə uyğun gələn və müvafiq icbari sığorta növünə icazənin verilməsi ilə bağlı Mərkəzi Bankın ilkin razılığı ifadə olunan sənədi əldə etmiş hər bir sığortaçı Büronun iştirakçıları sırasına daxil edilir.

28.7. İştirakçı sığortaçıların bu Qanunun 28.6-cı maddəsində göstərilmiş tələblərə uyğun gələn və Mərkəzi Bankın ilkin razılığını əldə etmiş sığortaçının Büronun iştirakçı sığortaçıları sırasına daxil edilməsi hüququ ilə razılıqlarını ifadə edən müddəa Büronun nizamnaməsində əks edilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver