29.1. Sığortaçının Büroda iştirakına aşağıdakı əsaslarla xitam verilir:
29.1.1. İştirakçı sığortaçıya sığorta fəaliyyətinə verilmiş lisenziya dayandırıldıqda və ya ləğv edildikdə;
29.1.2. İştirakçı sığortaçının bu Qanunda nəzərdə tutulmuş bütün icbari sığorta növləri üzrə fəaliyyəti məhdudlaşdırıldıqda.
29.2. Büroda iştiraka xitam verildiyi halda, Büro müvafiq sığortaçını iştirakçı sığortaçıların reyestrindən dərhal çıxarır və bu barədə özünün rəsmi internet səhifəsində məlumat yerləşdirməklə, 2 iş günü ərzində həmin sığortaçıya və Mərkəzi Banka bildiriş göndərir.
29.3. Büroda iştiraka xitam verilməsi sığortaçını xitam verilmə tarixinədək bağladığı müvafiq icbari sığorta müqavilələri üzrə bu Qanunda nəzərdə tutulmuş təqvim haqlarını və əlavə haqları ödəmək öhdəliyindən azad etmir.
29.4. İştirakçı sığortaçıya sığorta fəaliyyətinə verilmiş lisenziya ləğv edildikdə onun Büroda iştirakı ilə bağlı öhdəliklərinin icrası həmin sığortaçının müvəqqəti inzibatçısı və ya ləğvetmə komissiyası tərəfindən həyata keçirilir.