Qanunvericilik › İcbari sığortalar haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 33

Maddə 33. Kompensasiya ödənişlərinin həyata keçirilməsi

İcbari sığortalar haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

33.1. Kompensasiya ödənişi bu ödənişi tələb etmək hüququna malik olan şəxsin həmin ödənişin verilməsinə əsas olan hadisə barədə məhkəmənin qanuni qüvvəyə minmiş yekun qərarından sonra Büroya təqdim etdiyi yazılı müraciəti əsasında ödənilir.

33.2. Kompensasiya ödənişləri üzrə bu ödənişi almaq hüququna malik olan şəxslə Büro arasındakı münasibətlərə müvafiq icbari sığorta ilə bağlı faydalanan şəxs və sığortaçı arasındakı münasibətlər üzrə bu Qanunda, Azərbaycan Respublikasının Mülki Məcəlləsində və “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən olunmuş tələblər tətbiq olunur.

33.3. Bu Qanunun 32.1.2-ci və 32.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarda kompensasiya ödənişi o zaman verilir ki, üçüncü şəxsin sağlamlığına zərər dəyməsinə səbəb olmuş hadisə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta müqaviləsinin mövcud olmasının şərti olaraq hesab edildiyi halda sığorta hadisəsi kimi qiymətləndirilə bilsin.

33.4. Kompensasiya ödənişləri müvafiq icbari sığorta növünə dair bu Qanunda və “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda sığorta ödənişlərinin verilməsi üçün nəzərdə tutulmuş qaydada və məbləğdə həyata keçirilir.

33.5. Kompensasiya ödənişləri hesablanarkən zərərə görə məsuliyyət daşıyan şəxs və (və ya) onun məsuliyyətini sığortalamış sığortaçı tərəfindən müvafiq zərərin əvəzinin ödənilməsi üçün zərərçəkənə verilmiş məbləğ çıxılır.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver