Qanunvericilik › İcbari sığortalar haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 34

Maddə 34. Büronun Mərkəzi Bankla qarşılıqlı münasibətləri

İcbari sığortalar haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

34.1. Mərkəzi Bank Büronun fəaliyyətinin, o cümlədən kompensasiya ödənişlərinin həyata keçirilməsinin tənzimlənməsinə dair müvafiq normativ xarakterli aktlar qəbul edir.

34.2. Büro iştirakçı sığortaçıların bu Qanunla, həmçinin Mərkəzi Bankın qayda və təlimatları ilə müəyyən olunmuş tələblərə riayət etməməsi, habelə öhdəliklərini bu Qanuna və ya Büronun nizamnaməsinə uyğun yerinə yetirməməsinə dair ona məlum olan faktlar barədə Mərkəzi Banka məlumat verir.

34.3. Mərkəzi Bank iştirakçı sığortaçıda kompensasiya ödənişinin verilməsi üçün əsas ola biləcək halları aşkar etdikdə, habelə aşağıdakı qərarlardan hər hansı birini qəbul etdiyi tarixdən 1 iş günü müddətində bu barədə Büroya məlumat göndərir:

34.3.1. sığorta fəaliyyətinə lisenziyanın verilməsi;

34.3.2. sığortaçının yenidən təşkil olunması;

34.3.3. iştirakçı sığortaçının lisenziyasının bu Qanunda nəzərdə tutulmuş hər hansı icbari sığorta növü üzrə məhdudlaşdırılması və ya bərpası;

34.3.4. iştirakçı sığortaçının lisenziyasının qüvvəsinin dayandırılması və ya bərpası;

34.3.5. iştirakçı sığortaçıya müvəqqəti inzibatçının təyin edilməsi;

34.3.6. iştirakçı sığortaçının sığorta fəaliyyətinə verilmiş lisenziyasının ləğvi.

34.4. Mərkəzi Bank nəzarət funksiyalarını həyata keçirərkən, iştirakçı sığortaçıların bu Qanuna uyğun olaraq Büro qarşısındakı öhdəliklərinin yerinə yetirilməməsi, o cümlədən Büroya ödənilməli olan məbləğlərin tam və ya düzgün ödənilməməsi hallarını aşkar etdikdə, belə halların aradan qaldırılması barədə həmin sığortaçıya icrası məcburi olan göstəriş verərək bu barədə Büronu məlumatlandırır.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver