34-2.0. Müvafiq icra hakimiyyəti orqanı öz elektron informasiya ehtiyatında mövcud olan aşağıdakı məlumatların informasiya sisteminə avtomatik qəbul edilməsi üçün həmin ehtiyatın informasiya sistemi ilə əlaqələndirilməsini təmin etməlidir:
34-2.0.1. Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsində əks olunan məlumatlar;
34-2.0.2. əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikası ərazisində müvəqqəti və ya daimi yaşamaq hüququnu təsdiq edən müvafiq icazə vəsiqələrində əks olunan məlumatlar;
34-2.0.3. hüquqi şəxslərin (filial və nümayəndəliyin) adı, VÖEN-i və hüquqi ünvanı;
34-2.0.4. nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnaməsində əks olunan, habelə avtomobil nəqliyyatı vasitələrindəki sərnişin yerlərinin sayı barədə məlumatlar;
34-2.0.5. hər hansı şəxsin əmək müqaviləsinin mövcudluğu, həmin müqavilənin digər tərəfinin tam adı, bağlandığı tarix və müddəti barədə məlumatlar;
34-2.0.6. orta aylıq əmək haqqı miqdarının hesablanması üçün tələb olunan məlumatlar;
34-2.0.7. bu Qanunun 34-2.0.4-cü maddəsi nəzərə alınmaqla, Azərbaycan Respublikasının ərazisinə daxil olan xarici ölkələrdə qeydiyyatdan keçmiş nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnaməsində və həmin nəqliyyat vasitələrinin sahiblərinin şəxsiyyətini təsdiq edən sənəddə əks olunan məlumatlar;
34-2.0.8. daşınmaz əmlakın dövlət reyestrindən hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın məzmununda əks olunan məlumatlar;
34-2.0.9. daşınmaz əmlakın və nəqliyyat vasitəsinin icarə və ya digər əşya hüquqlarına dair müqavilədə, yaxud nəqliyyat vasitəsindən istifadə edilməsi və ya ona dair sərəncam verilməsi hüquqları ilə bağlı etibarnamədə əks olunan məlumatlar;
34-2.0.10. sürücülük vəsiqəsində əks olunan məlumatlar;
34-2.0.11. bu Qanunun 17.1.4-cü maddəsində nəzərdə tutulmuş arayışda əks olunan məlumatlar.