Qanunvericilik › İcbari sığortalar haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 34-3

Maddə 34-3. İnformasiya sisteminin istifadəsinə dair əsas tələblər

İcbari sığortalar haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

34-3.1. Mərkəzi Bank, müvafiq icra hakimiyyəti orqanı, Büro, sığortaçılar, müstəqil ekspertlər, həmçinin sığortalılar informasiya sisteminin istifadəçiləri hesab edilirlər.

34-3.2. Müvafiq məlumatların informasiya sisteminə daxil edilməsi yolu ilə icbari sığorta müqaviləsinin bağlanması və müqavilədə əks olunan bütün məlumatların həmin sistemdə saxlanılması sığortaçı tərəfindən təmin edilməlidir.

34-3.3. Sığortaçı və Büro baş vermiş sığorta hadisəsinin tənzimlənməsi üçün lazım olan bütün məlumatları informasiya sistemindən əldə etmək imkanına malik olmaqla yanaşı, sığorta hadisəsinə dair informasiya sisteminin elektron qaydada tələb etdiyi məlumatları ora daxil etməli və saxlanılmasını təmin etməlidirlər.

34-3.4. İnformasiya sistemi sığortalının bağladığı icbari sığorta müqaviləsinin mövcudluğu barədə mobil rabitə və internet vasitəsilə təsdiqləyici məlumat almaq və həmin müqavilədə əks olunan məlumatları əldə etmək imkanını təmin etməlidir. Sığorta müqaviləsi bağlanarkən sığortalını bu imkanın hüquqi və texniki xüsusiyyətləri barədə aydın yazılı şəkildə məlumatlandırmaq sığortaçının vəzifəsidir.

34-3.5. Məlumatı informasiya sisteminə daxil edən istifadəçi həmin məlumatı aid olduğu şəxsin tələbi ilə ona təqdim etməlidir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver