34-4.1. İnformasiya sisteminin istifadəçiləri onun informasiya ehtiyatından aşağıdakı məlumatları əldə etmək imkanına malikdirlər:
34-4.1.1. Sığortalılar – bağladıqları sığorta müqavilələri, həmin müqavilələr üzrə bu Qanunun 58.2-1-ci maddəsinə uyğun olaraq tərtib edilmiş elektron protokol, baş vermiş sığorta hadisəsi ilə əlaqədar bu Qanunun 17.1.4-cü maddəsində nəzərdə tutulmuş arayış və verilmiş sığorta ödənişləri barədə məlumatlar;
34-4.1.2. Büronun iştirakçısı olan sığortaçılar – özlərinin bağladığı sığorta müqavilələrinə, həmin müqavilələr üzrə bu Qanunun 58.2-1-ci maddəsinə uyğun olaraq tərtib edilmiş elektron protokola və öz tərəflərindən verilmiş sığorta ödənişlərinə münasibətdə ayrı-ayrı və ümumiləşdirilmiş məlumatlar, habelə könüllü və ya icbari sığorta müqaviləsi bağlamaq istəyən şəxsin yazılı razılığı əsasında onun səbəb olduğu sığorta hadisəsi barədə məlumatlar;
34-4.1.3. Mərkəzi Bank və Büro – informasiya sisteminin informasiya ehtiyatında olan istənilən məlumatlar;
34-4.1.4. müvafiq icra hakimiyyəti orqanı – informasiya sisteminin şamil olunduğu icbari sığorta növləri üzrə üzərinə icbari sığorta etdirmək vəzifəsi qoyulmuş şəxslərin bağladığı icbari sığorta müqavilələrinin mövcudluğunun təsdiqi, sığorta müqaviləsinin tərəfi olan sığortaçının adı, sığorta şəhadətnaməsinin nömrəsi və qüvvədə olma müddəti barədə məlumatlar;
34-4.1.5. Büronun iştirakçısı olmayan sığortaçılar – özlərinin bağladığı könüllü sığorta müqavilələri üzrə baş vermiş sığorta hadisəsi ilə əlaqədar bu Qanunun 58.4-cü maddəsində nəzərdə tutulmuş arayış barədə məlumatlar;
34-4.1.6. müstəqil ekspertlər – bu Qanunun məqsədləri üçün zərərin qiymətləndirilməsində iştirak etdiyi sığorta hadisəsi barədə informasiya sisteminin informasiya ehtiyatında olan məlumatlar.
34-4.2. Büro Mərkəzi Bankla razılaşdırmaqla bu Qanunun 34-4.1.5-ci və 34-4.1.6-cı maddələrində nəzərdə tutulmuş məlumatların müvafiq olaraq onun iştirakçısı olmayan sığortaçılara və müstəqil ekspertlərə təqdim edilməsi şərtlərini və qaydasını müəyyən edir.