34.1. İcraatda iştirak edən nümayəndə təmsil etdiyi şəxsin adından icraatla bağlı bütün hərəkətləri etmək hüququna malikdir.
34.2. Təmsil olunan şəxs tərəfindən verilən etibarnamədə nümayəndənin aşağıdakı hərəkətləri etmək səlahiyyəti xüsusi qeyd olunmalıdır:
34.2.1. icra sənədini təqdim etmək və geri çağırmaq;
34.2.2. səlahiyyətləri başqa şəxsə vermək;
34.2.3. icra məmurunun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət vermək;
34.2.4. tələbkarın xeyrinə qət edilmiş əmlakı, o cümlədən pulu almaq.