35.1. 18 yaşına çatmamış yaxud məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyətsiz şəxslər icraatda nümayəndə ola bilməzlər.
35.2. Hakimlər, müstəntiqlər, prokurorlar, icra məmurları, habelə məhkəmə aparatı işçiləri icraatda nümayəndə ola bilməzlər. Bu qayda göstərilən şəxslərin icraatda qanuni nümayəndə qismində, habelə müvafiq məhkəmənin və ya prokurorluğun müvəkkili qismində iştirak etdikləri hallara şamil olunmur.