36.1. Fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilmiş fiziki şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini icraatda onların qanuni nümayəndələri - valideynləri, övladlığa götürənləri, qəyyumları, himayəçiləri və qanunvericiliklə nəzərdə tutulan başqa şəxslər müdafiə edirlər. Göstərilən şəxslər öz səlahiyyətlərini təsdiq edən sənədlər təqdim etməlidirlər.
36.2. Müəyyən olunmuş qaydada xəbərsiz itkin düşmüş hesab edilmiş şəxsin əmlakının mühafizə və idarə olunması üçün təyin edilmiş qəyyum icraatda xəbərsiz itkin düşmüş şəxsin qanuni nümayəndəsi kimi iştirak edir.
36.3. Ölmüş və ya müəyyən olunmuş qaydada ölmüş elan edilmiş şəxsin varisinin iştirak etməli olduğu icraatda, bütün vərəsələr mirasdan imtina etmişsə, miras əmlakın idarə olunması üçün təyin edilmiş qəyyum varisin qanuni nümayəndəsi kimi iştirak edir.
36.4. Qanuni nümayəndələr icraatda iştirak etməyi nümayəndə qismində seçdikləri başqa şəxsə tapşıra bilərlər.