Qanunvericilik › İcra haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 54

Maddə 54. Bir neçə icra sənədi üzrə icraatın xüsusiyyətləri

İcra haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

54.1. İcra qurumunda eyni borclu barəsində bir neçə icra sənədi olduqda, onlar ümumi icraatda birləşdirilir. Bu zaman borclunun əmlakı üzərinə tələbin, icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi üçün ehtimal olunan xərclərin ümumi məbləği həcmində, digər iddianın (iddiaların) təmin olunması üçün onun üzərinə həbs qoyulmasından asılı olmayaraq, həbs qoyulur.

54.2. Bu Qanunun 75-ci maddəsinin tətbiqi zamanı icra sənədinin icraya yönəldilməsi vaxtına görə hər növbədən olan tələbkarların tələblərinin təmin edilməsinin vahid ardıcıllığı müəyyən edilir.

54.3. Eyni borclu barəsində ayrı-ayrı icra qurumunda bir neçə icra sənədi olduqda, bu Qanunun 54-cü maddəsinin müddəalarının yerinə yetirilməsini icra xidmətinin rəhbəri təmin edir.

54.4. Bu Qanunun 54-cü maddəsinin müddəalarının yerinə yetirilməsini təmin etmək məqsədi ilə icra xidməti tərəfindən ayrı-ayrı icra qurumunda icra sənədləri üzrə başlanılmış icraatlara dair müvafiq məlumat bankı yaradılır.

54.5. Eyni borclu barəsində dövlət icra məmurunun və xüsusi icra məmurunun icraatlarında olan bir neçə icra sənədi ayrılıqda icra olunur. Bu halda icra sənədlərinin səmərəli icrası üçün icra məmurları arasında məlumat mübadiləsi aparılır.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver