Qanunvericilik › İcra haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 59

Maddə 59. Tələbin borclu hüquqi şəxsin əmlakına yönәldilmәsi zamanı icra sənədlərinin icrasının təmin edilməsi ilə bağlı tədbirlər

İcra haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

59.1. Borclu hüquqi şəxsin bu Qanunun 58-ci maddəsində müəyyən edilmiş üçüncü növbədən olan əmlakının üzərinə icra məmuru tərəfindən həbs qoyulduqda, o, bu barədə həbsin qoyulduğu vaxtdan ən geci üç gün müddətində müvafiq icra hakimiyyəti orqanına bildiriş göndərir. Həmin bildirişə üzərinə həbs qoyulmuş əmlakın tərkibi və dəyəri, habelə tələbkarın tələb etdiyi məbləğ haqqında məlumat əlavə olunur.

Göstərilən bildirişin surəti dövlət büdcəsinə və büdcədənkənar dövlət fondlarına borclu hüquqi şəxs tərəfindən tәdiyәlәrin ödənilməsinə nəzarət edən müvafiq vergi orqanına göndərilir.

59.2. Müvafiq icra hakimiyyəti orqanının təklifinə əsasən icra məmuru icra qurumunun maliyyələşdirilməsi üçün ayrılmış vəsait hesabına rəsmi mətbuat orqanlarında tələbin borclu hüquqi şəxsin əmlakına yönəldilməsi haqqında məlumat dərc edir.

59.3. Məhkəmə borclu hüquqi şəxsin iflası haqqında icraata başladıqda, icra sənədi üzrə icraat və tələbin yönəldildiyi əmlakın satılması həmin məhkəmədə işə mahiyyəti üzrə baxılanadək dayandırılır.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver