Qanunvericilik › İcra haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 60

Maddə 60. Borclu hüquqi şəxs yenidən təşkil edildikdə və ləğv edildikdə tələbin yönəldilməsi qaydası

İcra haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

60.1. Borclu hüquqi şəxs yenidən təşkil edildikdə, icra sənədləri üzrə tələb Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq borclu hüquqi şəxsin öhdəlikləri üzrə məsuliyyət daşıyan hüquqi şəxsin pul vəsaitlərinə və digər əmlakına yönəldilir.

60.2. Borclu hüquqi şəxs ləğv edildikdə, icra məmurunda olan icra sənədləri icra olunması üçün ləğvetmə komissiyasına (təsviyəçiyə, ləğvediciyə) təqdim olunur və bu barədə icra məmuru tərəfindən tələbkara məlumat verilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver