74.1. İcra məmuru tərəfindən borcludan tutulmuş, o cümlədən borclunun əmlakının satılmasından əldə olunmuş pul məbləğindən əvvəlcə tələbkarın (tələbkarların) tələblərinin təmin olunması, habelə icra ödənişinin, icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin, icra sənədi üzrə icraat zamanı borcluya tətbiq olunmuş cərimələrin ödənilməsi üçün istifadə edilir.
74.1-1. Borclu tərəfindən icra xidmətinin müvafiq depozit hesabına köçürülmüş, yaxud icra qurumu tərəfindən tutulmuş tələbkara verilməli olan vəsait tələbkarın təqdim etdiyi bank hesabına 3 iş günü müddətində köçürülür.
74.2. Bütün tələblər təmin olunduqdan sonra qanunvericilikdə başqa hal nəzərdə tutulmayıbsa, qalan pul məbləği borcluya qaytarılır.
74.3. İpoteka predmetinə məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldikdə, ipoteka predmetinin satılmasından əldə olunan gəlir “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş qaydada bölüşdürülür.