Qanunvericilik › İcra haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 75

Maddə 75. Tələbkarların tələblərinin təmin edilməsinin növbəliliyi

İcra haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

75.1. Borcludan tutulmuş pul məbləği icra sənədləri üzrə bütün tələblərin təmin edilməsi üçün yetərli olmadıqda, göstərilən məbləğ bu Qanunun 75.2-75.6-ci maddələri ilə müəyyən olunmuş növbəlilik qaydasında tələbkarlar arasında bölüşdürülür.

75.2. Birinci növbədə alimentlərin tutulması, sağlamlığa vurulmuş ziyanın, habelə ailəni dolandıranın itkisi nəticəsində zərər çəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsi üzrə tələblər təmin edilir.

75.3. İkinci növbədə əmək hüququ münasibətlərindən əmələ gələn tələblər, vəkillər tərəfindən göstərilən hüquqi xidmətə görə haqq ödənilməsinə dair tələblər, müəlliflik və əlaqəli hüquqlardan istifadəyə görə müəllifə çatacaq mükafatın ödənilməsinə dair tələblər təmin edilir.

75.4. Üçüncü növbədə məcburi dövlət sosial sığorta haqları və işsizlikdən sığorta haqları üzrə büdcədənkənar dövlət fonduna, habelə icbari tibbi sığorta haqları üzrə icbari tibbi sığorta fonduna ödənişlər üzrə tələblər təmin edilir.

75.5. Dördüncü növbədə dövlət büdcəsinə və üçüncü növbə ilə nəzərdə tutulmamış büdcədənkənar dövlət fondlarına ödənişlər üzrə tələblər təmin edilir.

75.6. Bütün qalan tələblər beşinci növbədə təmin edilir. Bu zaman icra sənədlərinin daxil olma ardıcıllığı əsas götürülür.

75.7. Hər sonrakı növbədən olan tələblər əvvəlki növbədən olan tələblər tam ödənildikdən sonra təmin edilir.

75.8. Borcludan tutulmuş pul məbləği bir növbədən olan bütün tələbləri tam təmin etmək üçün yetərli olmadıqda, bu tələblər hər bir tələbkara verilməli məbləğə mütənasib olaraq təmin edilir.

IX fəsil

Əcnəbİlər, vətəndaşlığı olmayan şəxslər və xarİcİ hüquqİ şəxslər barəsİndə İcra hərəkətlərİnİn həyata keçİrİlməsİ

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver