85.1. İcra hərəkətlərinin həyata keçirilməsi (icraata başlanması, icra ödənişinin tutulması, cərimə tətbiq olunması və s.) icraatda iştirak edən tərəflərin və digər şəxslərin maraqlarına toxunduqda, icra məmuru müvafiq qərar qəbul edir.
85.2. Qərarda aşağıdakılar göstərilir:
85.2.1. qərarın qəbul edildiyi tarix və yer;
85.2.2. qərarı qəbul etmiş icra məmurunun vəzifəsi, soyadı, adı və atasının adı;
85.2.3. qərarın hansı icraat üzrə qəbul edilməsi;
85.2.4. baxılan məsələ;
85.2.5. qərarın qəbul edilməsi üçün əsas olmuş və icra məmurunun istinad etdiyi qanunlar və digər normativ hüquqi aktlar;
85.2.6. baxılan məsələ üzrə çıxarılmış nəticə;
85.2.7. qərardan şikayət verilməsi qaydası və müddəti.