Qanunvericilik › İctimai iştirakçılıq haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 15

Maddə 15. İctimai dinləmənin və ictimai müzakirənin yekun sənədi

İctimai iştirakçılıq haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

15.1. Vətəndaş cəmiyyəti institutları və hüquqi şəxslər tərəfindən keçirildiyi təqdirdə ictimai dinləmənin yekun sənədi dinləmə zamanı açıqlanmış əsas fikir, rəy və təkliflərin icmalı formasında hazırlanır, ictimai dinləməyə sədrlik edən tərəfindən imzalanır və dinləmə başa çatdıqdan sonra ən geci üç iş günü müddətində aidiyyəti dövlət və yerli özünüidarəetmə orqanlarına və media subyektlərinə təqdim olunur (o cümlədən EHİS vasitəsilə).

15.2. Vətəndaş cəmiyyəti institutları və hüquqi şəxslər tərəfindən keçirildiyi təqdirdə ictimai müzakirənin yekun sənədi rəy və təkliflər formasında qəbul edilir, iclasın sədri tərəfindən imzalanır və müzakirə başa çatdıqdan sonra ən geci üç iş günü müddətində aidiyyəti dövlət və yerli özünüidarəetmə orqanlarına və media subyektlərinə təqdim olunur (o cümlədən EHİS vasitəsilə).

15.3. İctimai dinləmənin və ictimai müzakirənin yekun sənədlərinə bu Qanunun 11.2-ci maddəsində müəyyənləşdirilmiş qaydada baxılır.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver