Qanunvericilik › İctimai iştirakçılıq haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 16

Maddə 16. Yazılı məsləhətləşmənin təşkili

İctimai iştirakçılıq haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

16.1. Mərkəzi və yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanları hazırladıqları hüquqi aktların layihələri və ya müzakirə olunan ictimai və yerli əhəmiyyətli məsələlər barədə yazılı məsləhətləşmələrin başlanması haqqında məlumatı özünün rəsmi internet informasiya ehtiyatında və ya mediada, habelə EHİS-də yerləşdirir.

16.2. “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əldə edilməsi məhdudlaşdırılmış informasiyanı nəzərdə tutan hüquqi aktların layihələri və ya onların müvafiq struktur elementləri yazılı məsləhətləşmə üçün dərc olunmur.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver