18.1 Yayım şurasının üzvləri dövlət orqanlarında və bələdiyyələrdə, mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq hər hansı audiovizual media subyektində, reklam agentliyində işləyə bilməzlər.
18.2. Yayım şurasının üzvləri onların namizədliyini irəli sürmüş təşkilatların deyil, bütövlükdə cəmiyyətin maraqlarının müdafiəçisi kimi çıxış edirlər.
18.3. Yayım şurasının üzvləri ictimai yayımçının müstəqilliyinə zərər vuran bəyanatlar verə və ya öz vəzifələrindən siyasi, kommersiya, yaxud şəxsi məqsədlər üçün istifadə edə bilməzlər.
18.4. Yayım şurasının üzvləri televiziya və radio, mətbuat, informasiya, mədəniyyət, maliyyə, teletexnika və digər aidiyyəti sahə üzrə iş təcrübəsi olan ali təhsilli Azərbaycan Respublikası vətəndaşlarından seçilir.