Qanunvericilik › İctimai televiziya və radio yayımı haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 8

Maddə 8. İctimai yayım xidmətlərində kadrların seçilməsi və əmək müqavilələrinin bağlanması

İctimai televiziya və radio yayımı haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

8.1. İctimai yayım xidmətlərinin rəhbərləri, baş rejissorlar müsabiqə əsasında seçilir, Yayım şurası tərəfindən sadə səs çoxluğu ilə təsdiq olunurlar.

8.2. Müsabiqə komissiyasının yaradılması və müsabiqənin keçirilməsi qaydaları, əmək müqaviləsinin şərtləri qanunvericiliyə uyğun olaraq Baş direktor tərəfindən hazırlanıb təsdiq edilir.

8.3. Yayım şurası müsabiqə əsasında seçilmiş yayım xidmətlərinin rəhbərlərini təsdiq etmədikdə bu Qanunun 8.1-ci maddəsində göstərilən qaydada yeni namizədlər seçilir. Əgər Yayım şurası seçilmiş namizədləri ikinci dəfə təsdiq etməzsə, Baş direktor həmin namizədləri birbaşa təyin edə bilər.

8.4. İctimai yayım xidmətində işə götürülən, irəli çəkilən və ya ictimai yayımın başqa xidmətlərində daha yüksək vəzifəyə təyin olunan kadrlara irqinə, cinsinə, dini mənsubiyyətinə, yaxud siyasi baxışlarına görə məhdudiyyət qoyula bilməz.

8.5. İşçi öz vəzifəsindən şəxsi məqsədlər üçün, yaxud siyasi partiyaların, kommersiya və digər təşkilatların məqsədləri üçün istifadə edə bilməz.

8.6. İşçi ictimai yayımçının razılığı olmadan dövlət orqanlarından, kommersiya qurumlarından və digər təşkilatlardan təlimat ala, onların tapşırığını yerinə yetirə bilməz.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver