9.1. İctimai televiziya və radio proqramlarının materialları (lent yazıları, əlyazmaları, məktublar, qoşma sənədlər) “Media haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyənləşdirilmiş qaydada və müddətdə saxlanılır.
İctimai yayımçı:
9.2.1. daxili tənzimləyici sənədləri;
9.2.2. əmlak üzərində hüquqlarım təsdiq edən sənədləri;
9.2.3. Yayım şurasının və Direktorlar şurasının iclaslarının protokollarını;
9.2.4. Baş direktorun əmr və sərəncamlarını;
9.2.5. təftiş və audit yoxlamalarının nəticəsi barədə aktları və arayışları;
9.2.6. işçilərlə bağlanmış əmək müqavilələrini;
9.2.7. mühasibat uçotu sənədlərini;
9.2.8. bank, maliyyə və məhkəmə sənədlərini Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada və müddətdə saxlayır.