Qanunvericilik › İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 8

Maddə 8. Milli antidopinq qurumunun hüquqları

İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

8.1. Milli antidopinq qurumu aşağıdakı hüquqlara malikdir:

8.1.1. bionümunələrin analizi üçün ÜADA-nın akkreditasiyadan keçirdiyi laboratoriyalardan istifadə etmək;

8.1.2. bu Qanunun 11-ci, 13-cü və 16-cı maddələrində nəzərdə tutulan qurumlarda müvafiq prosesləri müşahidə etmək;

8.1.3. bu Qanunun icrası məqsədi ilə müvafiq sübutları əldə etmək və araşdırmaq, lazımi şəxsləri belə araşdırmaya cəlb etmək;

8.2. milli antidopinq qurumu səlahiyyətlərinin icrası məqsədi ilə bu Qanuna uyğun olaraq qaydalar müəyyən edə bilər.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver