12.1. Paylı investisiya fondunda investisiya fond payını aldığı andan investor paylı investisiya fondunun idarə edilməsi haqqında müqaviləyə qoşulur və pul vəsaitlərini fondun idarə edilməsi qaydalarına uyğun olaraq idarə edilmək üçün idarəçinin sərəncamına verir.
12.2. İnvestor mülkiyyətində olan bütün payları satmaqla, paylı investisiya fondunun idarə edilməsi haqqında müqavilədə iştirakına xitam verir.