Qanunvericilik › İnvestisiya fondları haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 29

Maddə 29. İnvestisiya fondunun aktivlərinin tərkibi

İnvestisiya fondları haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

29.1. İnvestisiya fondunun idarəçilikdə olan aktivləri pul vəsaitlərindən, qiymətli kağızlardan və daşınmaz əmlakdan ibarət ola bilər. Daşınmaz əmlak yalnız səhmdar investisiya fondu və qapalı paylı investisiya fondunun aktivlərinin tərkibinə daxil edilə bilər. İnvestisiya fondunun aktivlərinin tərkibinə və strukturuna dair tələblər Mərkəzi Bank tərəfindən qəbul olunmuş normativ xarakterli aktlarla müəyyən edilir.

29.1-1. Vençur kapitalı fondunun aktivləri pul vəsaitlərindən, hüquqi şəxslərin nizamnamə (şərikli) kapitalında iştirak paylarından (səhmlərindən), investisiya qiymətli kağızlardan və portfel şirkətlərinə verilən borclardan, gələcəkdə kapitala çevrilmə hüququ verən borc alətlərindən, digər investisiya fondlarında (o cümlədən vençur fondlarında) iştirak paylarından, habelə investisiya strategiyasına uyğun olaraq digər maliyyə aktivlərindən və digər maliyyə alətlərindən ibarət ola bilər. Vençur kapitalı fondunun aktivlərinin tərkibinə və strukturuna dair tələblər Mərkəzi Bank tərəfindən qəbul olunmuş normativ xarakterli aktlarla müəyyən edilir.

29.2. İnvestisiya fondunun aktivlərinin tərkibinə aşağıdakıların daxil edilməsi yolverilməzdir:

29.2.1. idarəçisinin idarəçiliyində olan digər investisiya fondlarının buraxdığı səhmləri və ya payları;

29.2.2. idarəçisinin və fonda aidiyyəti olan şəxslərin buraxdığı qiymətli kağızlar.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver