Qanunvericilik › İnvestisiya fondları haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 35

Maddə 35. Səhmdar investisiya fondlarının və investisiya fondlarının idarə edilməsi üzrə fəaliyyətlərin lisenziyalaşdırılması

İnvestisiya fondları haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

35.1. Səhmdar investisiya fondlarının və investisiya fondlarının idarə edilməsi üzrə müvafiq növ fəaliyyətlərə lisenziyaların alınması üçün müraciətə Mərkəzi Bank tərəfindən iki mərhələdə baxılır:

35.1.1. təsisçilər və ya qanunvericiliyə müvafiq qaydada vəkil edilmiş şəxs (şəxslər) tərəfindən lisenziyanın alınması üçün ilkin müraciətə baxılması;

35.1.2. səhmdar investisiya fondu və idarəçi hüquqi şəxs kimi dövlət qeydiyyatına alındıqdan sonra lisenziyanın alınması üçün yekun müraciətə baxılması.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver