4.1. İnvestisiya fondlarının və onların idarəçilərinin dövlət reyestri Mərkəzi Bank tərəfindən aparılır. Dövlət reyestrinə investisiya fondlarının və onların idarəçilərinin adları, hüquqi ünvanları, onlara verilmiş və ləğv edilmiş lisenziyaların qeydiyyat nömrələri və tarixləri, fəaliyyətlərinə xitam verilmiş investisiya fondları və onların idarəçiləri haqqında məlumatlar daxil edilir.
4.2. Səhmdar investisiya fondu Mərkəzi Bank tərəfindən müvafiq lisenziyanın verildiyi tarixdən investisiya fondlarının və onların idarəçilərinin dövlət reyestrinə daxil edilir.
4.3. Paylı investisiya fondu onun idarə edilməsi qaydalarının Mərkəzi Bank tərəfindən dövlət qeydiyyatına alındığı tarixdən investisiya fondlarının və onların idarəçilərinin dövlət reyestrinə daxil edilir.
4.4. İnvestisiya fondları və onların idarəçiləri reyestrə daxil edilmiş məlumatlarda dəyişikliklər barədə Mərkəzi Banka beş iş günü müddətində yazılı bildiriş göndərirlər.