9-3.1. Bu Qanunun 9-2.1-ci maddəsində nəzərdə tutulan meyarlara cavab verməyən vençur kapitalı fondu yalnız lisenziyalaşdırılan vençur kapitalı fondu rejimində fəaliyyət göstərə bilər. Vençur kapitalı fondu həmçinin könüllü olaraq lisenziyalaşdırılan vençur kapitalı fondu rejimində fəaliyyət göstərmək barədə qərar qəbul edə bilər.
9-3.2. Lisenziyalaşdırılan vençur kapitalı fondu bu Qanunun VIII fəslinə uyğun olaraq Mərkəzi Bankdan lisenziya almalıdır.