QanunvericilikAzərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi › Maddə 10

Maddə 10. Hakimlərin müstəqilliyi prinsipi

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

10.1. İnzibati məhkəmə icraatını həyata keçirərkən hakimlər müstəqildirlər və yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tabedirlər.

10.2. İnzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə əlaqədar hakimə hər hansı təsir göstərilməsi qadağandır.

10.3. İnzibati mübahisəyə baxılması və ona dair qərarın qəbul edilməsi ilə əlaqədar hakimin birbaşa və ya dolayı göstərişlər gözləməsi və ya belə göstərişləri qəbul etməsi yolverilməzdir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver