Məhkəmə aşağıdakı hallarda inzibati məhkəmə icraatının iştirakçısının, onun nümayəndəsinin (qanuni nümayəndəsinin), vəkilin, şahidin, ekspertin, mütəxəssisin, tərcüməçinin məhkəmənin iclas zalında bilavasitə iştirakı olmadan məhkəmə icraatını videokonfrans əlaqə sistemindən istifadə edilməklə həyata keçirə bilər: 9-
2.1.1. inzibati məhkəmə icraatının iştirakçıları, onların nümayəndələri (qanuni nümayəndələri), vəkil, şahid, ekspert, mütəxəssis, tərcüməçi ölkədən kənarda və ya ölkə daxilində başqa şəhərdə (rayonda) olmaqla, üzrlü səbəbdən həmin şəxslərin məhkəmə iclasında şəxsən iştirak etməsi mümkün olmadıqda; 9-
2.1.2. inzibati məhkəmə icraatının iştirakçıları, onların qanuni nümayəndələri və şahidlərin müalicə müəssisəsində olması səbəbindən məhkəmə iclasında şəxsən iştirak etməsi mümkün olmadıqda; 9-
2.1.3. inzibati məhkəmə icraatının iştirakçıları, onların qanuni nümayəndələri və şahidlərin azadlıqdan məhrumetmə və ya həbs yerlərində saxlanılması səbəbindən məhkəmə iclasında şəxsən iştirak etməsi mümkün olmadıqda; 9-
2.1.4. təbii və ya texnogen qəzalar, epidemiya, fövqəladə, hərbi vəziyyət və ya qarşısıalınmaz qüvvənin təsiri nəticəsində bu Məcəllənin 9-2.1-ci maddəsində qeyd olunan şəxslər müvafiq icraatda bilavasitə iştirak edə bilmədikdə; 9-
2.1.5. məhkəmə icraatının lüzumsuz uzadılmasının qarşısının alınması məqsədilə digər hallarda. 9-
2.2. Məhkəmə icraatının Maddə … itə iştirak edə bilmədikdə; 9-
2.1.5. məhkəmə icraatının lüzumsuz uzadılmasının qarşısının alınması məqsədilə digər hallarda. 9-
2.2. Məhkəmə icraatının videokonfrans əlaqə sistemindən istifadə edilməklə həyata keçirilməsi üçün məhkəmə öz təşəbbüsü ilə, yaxud tərəflərin əsaslandırılmış vəsatəti əsasında müvafiq qərardad qəbul edir. 9-
2.3. Məhkəmə icraatı videokonfrans əlaqə sistemindən istifadə edilməklə keçirildikdə tətbiq edilən texniki vasitələr səsin və görüntünün keyfiyyətini, real vaxt rejimində məhkəmə iclas zalına ötürülməsini, icraatın aşkarlığı və digər əsas prinsip və şərtlərinə riayət edilməsini, habelə informasiya təhlükəsizliyini təmin etməlidir. 9-
2.4. Videokonfrans əlaqə sistemindən istifadə edilməklə həyata keçirilən məhkəmə iclaslarının və prosessual hərəkətlərin videoyazısı aparılmalı, videoyazıya uyğun olaraq protokol tərtib edilməli və videoyazı elektron daşıyıcıda işə əlavə edilməlidir. 9-
2.5. Bu Məcəllənin 17.3-cü maddəsində nəzərdə tutulmuş hallarda videokonfrans əlaqə sistemindən istifadə edilməklə qapalı məhkəmə iclasının aparılmasına yol verilmir. II fəsil İNZİBATİ MƏHKƏMƏ İCRAATININ PRİNSİPLƏRİ