126.1. Siyasi partiyaların fəaliyyətinin dayandırılması və ləğv edilməsi ilə bağlı mübahisələrə apellyasiya instansiyası məhkəmələri tərəfindən baxılır.
126.2. Siyasi partiyanın fəaliyyətinin dayandırılması və ləğv edilməsi barədə ərizə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilə bilər. Bu halda siyasi partiya cavabdeh qismində icraata cəlb olunur. 126.2-1. Məhkəmə ərizəçinin iddiası əsasında “ Siyasi partiyalar haqqında ” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq aşağıdakı qərarlardan birini qəbul edə bilər: 126.2-
1.1. siyasi partiyanın fəaliyyətinin 2 aydan 6 ayadək müddətinə dayandırılması barədə; 126.2-
1.2. siyasi partiyanın ləğvi barədə.
126.3. Bu Məcəllənin 126.2-1.2-ci maddəsində nəzərdə tutulmuş halda, məhkəmə ərizəçinin vəsatətinə əsasən siyasi partiyanın fəaliyyətini mahiyyəti üzrə qərar qüvvəyə minənədək dayandırmağa haqlıdır. Məhkəmə tərəfindən bu barədə qərardad qəbul edilir.
126.4. Məhkəmə tərəfindən ərizəyə onun daxil olduğu vaxtdan 15 gün müddətində baxılmalı və onun mahiyyəti üzrə qərar qəbul edilməlidir.
126.5. Mübahisə ilə bağlı iş üzrə məhkəmə qərarından həmin qərarın tam formada təqdim olunduğu gündən 3 gün müddətində Ali Məhkəməyə şikayət verilə bilər. XVII fəsil MEDİA İLƏ BAĞLI MÜBAHİSƏLƏRƏ DAİR İŞLƏR ÜZRƏ İCRAAT