127.1. Audiovizual media subyektlərinə lisenziyanın verilməsindən imtina olunması ilə bağlı mübahisələrə apellyasiya instansiyası məhkəmələri tərəfindən baxılır.
127.2. Audiovizual media subyektlərinə lisenziyanın verilməsindən imtina olunması haqqında qərara (inzibati akta) qarşı iddia ərizəsi audiovizual yayımı həyata keçirmək iddiasında olan şəxs tərəfindən verilə bilər.
127.3. İddia ərizəsi imtina haqqında qərar (inzibati akt) barədə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada maraqlı tərəfə məlumat verildiyi vaxtdan 30 gün müddətində verilə bilər.
127.4. Məhkəmə tərəfindən iddia ərizəsinə onun daxil olduğu vaxtdan 15 gün müddətində baxılmalı və onun mahiyyəti üzrə qərar qəbul edilməlidir.
127.5. Mübahisə ilə bağlı iş üzrə məhkəmə qərarından həmin qərarın tam formada təqdim olunduğu gündən 3 gün müddətində Ali Məhkəməyə şikayət verilə bilər.