QanunvericilikAzərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi › Maddə 17

Maddə 17. Məhkəmə baxışının aşkarlığı prinsipi

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

17.1. Məhkəmə iclasları, bu Məcəllənin 17.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, ictimaiyyət üçün açıq keçirilir. Məhkəmə iclasının qapalı keçirildiyi hallar istisna olmaqla, hər hansı şəxsin məhkəmə iclasına buraxılmaması qadağandır.

17.2. Proses iştirakçıları və iclas zalında olan digər şəxslər iclasın gedişinə dair qeydlər apara bilərlər. Bu Məcəllənin 17.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflərdən hər hansı birinin vəsatətinə əsasən və ya məhkəmənin öz təşəbbüsünə əsasən məhkəmə iclasının audio yazılışına, video və foto çəkilişinə məhkəmə tərəfindən icazə verilə bilər.

17.3. İnformasiyanın, qanunla qorunan hər hansı sirrin açıqlanmasının yolverilməz olduğu hallarda, proses iştirakçılarının şəxsi və ya ailə həyatının toxunulmazlığının təmin edilməsinin tələb olunduğu hallarda, yetkinlik yaşına çatmayan şəxslərin maraqlarının qorunmasının zəruri olduğu hallarda, habelə proses iştirakçılarının və ya digər şəxslərin həyatı, sağlamlığı və ya azadlığı üçün təhlükə yarandığı hallarda proses iştirakçılarının vəsatəti və ya məhkəmənin öz təşəbbüsü ilə məhkəmə iclası qapalı keçirilə bilər. Məhkəmə iclasının qapalı keçirilməsi barədə məhkəmə əsaslandırılmış qərardad qəbul edir. Həmin qərardad açıq məhkəmə iclasında elan edilməlidir.

17.4. Qapalı məhkəmə iclasında inzibati məhkəmə icraatının iştirakçıları, onların nümayəndələri və vəkilləri, zərurət olduğu hallarda şahidlər, ekspertlər, mütəxəs Maddə … əhkəmə iclasında inzibati məhkəmə icraatının iştirakçıları, onların nümayəndələri və vəkilləri, zərurət olduğu hallarda şahidlər, ekspertlər, mütəxəssislər və tərcüməçilər iştirak edə bilərlər. Qapalı məhkəmə iclasında iştirak edən şəxslər iclasın gedişində onlara məlum olan informasiyanı yaymamaq barədə xəbərdar olunurlar.

17.5. Mübahisə ilə bağlı işə qapalı məhkəmə iclasında baxan məhkəmə açıq inzibati məhkəmə icraatı ilə bağlı bütün prosessual qaydalara əməl etməyə borcludur.

17.6. Mübahisə ilə bağlı işə qapalı məhkəmə iclasında baxıldığı hallarda da, məhkəmənin yekun qərarı (qərardadı) açıq məhkəmə iclasında elan olunur. III fəsil ETİRAZLAR

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver