58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.
58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və digər proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər.
58.3. Sübutların cəlb olunmasına dair şifahi məhkəmə iclasında qaldırılmış vəsatət yalnız məhkəmənin əsaslandırılmış qərardadı ilə rədd edilə bilər.
58.4. Zəruri hallarda sədrlik edən hakim şifahi məhkəmə baxışı başlayanadək, sübutların araşdırılmasını səlahiyyətli hakim qismində məhkəmə tərkibinin üzvlərindən birinə həvalə edə bilər.
58.5. Zəruri hallarda məhkəmə, aydınlaşdırılması zəruri olan konkret halları göstərməklə, sübutların araşdırılması və ya toplanılması üçün başqa məhkəməyə müraciət edə bilər.
58.6. Sübutların araşdırılması zamanı məhkəmə, inzibati orqan tərəfindən həyata keçirilmiş sübutetməni təzələyə və ya tamamlaya bilər.
58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
58.8. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı inzibati mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.