QanunvericilikAzərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi › Maddə 59

Maddə 59. Sübutların araşdırılması ilə bağlı proses iştirakçılarının hüquqları

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

59.1. Proses iştirakçıları sübutların araşdırılmasında iştirak edə bilərlər. Sübutların araşdırılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə proses iştirakçılarına bu Məcəllə ilə müəyyən edilmiş qaydada ən azı 3 gün əvvəl məlumat verilir.

59.2. Proses iştirakçıları şahidlərə, ekspertlərə, mütəxəssislərə və inzibati orqanların nümayəndələrinə işə aid suallar verə bilərlər. Suala etiraz olunduğu hallarda sualın mümkünlüyü haqqında məsələ hakim və ya işə baxan məhkəmə kollegiyası tərəfindən həll edilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver