65.1. İnzibati məhkəmə icraatında protokollaşdırma ilə bağlı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 22-ci fəslində nəzərdə tutulmuş müvafiq qaydalar tətbiq olunur.
65.2. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz video-audio yazısı aparılır. Məhkəmə iclasında sədrlik edən proses iştirakçılarını bu barədə xəbərdar edir. Məhkəmə iclasının video-audio yazısına dair məlumat məhkəmə iclasının protokolunda göstərilir və həmin yazı maddi daşıyıcıda protokola əlavə olunur. İnzibati məhkəmə icraatının iştirakçıları məhkəmə iclasının video-audio yazısı ilə tanış olmaq hüququna malikdirlər.