276.1. Sənaye sahələrində və təhlükə potensiallı obyektlərdə işlərin təhlükəsiz görülməsinə dair qaydaların və normaların pozulmasına görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.
276.2. Müvafiq icra hakimiyyəti orqanının nəzarəti altında olan obyektlərdə işlərin təhlükəsiz görülməsinə dair qaydaların pozulmasına görə - beş yüz manatdan yeddi yüz manatadək məbləğdə cərimə edilir.