Təhlükə potensiallı obyektlərin “ Texniki təhlükəsizlik haqqında ” Azərbaycan Respublikasının Qanununa əsasən vahid dövlət reyestrində qeydiyyatdan keçirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir.
Qanunvericilik › Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi › Maddə 276-1
Maddə 276-1. Təhlükə potensiallı obyektlərin vahid dövlət reyestrində qeydiyyatdan keçirilməməsi
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.
Bu maddə sizin işinizə necə tətbiq olunur?
Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.
Sual ver