294-
4.1. Bu Məcəllənin 294-4.2-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla, hava gəmisi istismarçılarının hava gəmilərini və onların istismarı ilə əlaqədar vurulan zərərə görə öz məsuliyyətini sığortalamadan hava gəmisindən istifadə etməsinə görə – fiziki şəxslər beş min manat məbləğində, vəzifəli şəxslər on min manat məbləğində, hüquqi şəxslər əlli min manat məbləğində cərimə edilir. 294-
4.2. Pilotsuz uçuş aparatı istismarçılarının pilotsuz uçuş aparatını və onun istismarı ilə əlaqədar vurulan zərərə görə öz məsuliyyətini sığortalamadan pilotsuz uçuş aparatından istifadə etməsinə görə – fiziki şəxslər üç min manat məbləğində, vəzifəli şəxslər beş min manat məbləğində, hüquqi şəxslər on min manat məbləğində cərimə edilir.