QanunvericilikAzərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi › Maddə 294-5

Maddə 294-5. Mülki aviasiya sahəsində sertifikatlaşdırılma ilə bağlı tələblərə əməl edilməməsi

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

294-

5.1. Aviasiya personalının peşəyə yararlılığının müəyyən edilməsinin sertifikatlaşdırılmayan tibb müəssisələri və onların əməkdaşları tərəfindən həyata keçirilməsinə görə – vəzifəli şəxslər beş min manatdan səkkiz min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan otuz min manatadək məbləğdə cərimə edilir. 294-

5.2. Mülki hava limanları və (və ya) aerodromlar, habelə helikopter meydançalarının sertifikatlaşdırılmadan istismarına görə – fiziki şəxslər üç min manatdan dörd min manatadək məbləğdə, vəzifəli şəxslər yeddi min manatdan doqquz min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan qırx min manatadək məbləğdə cərimə edilir. 294-

5.3. Hava hərəkəti xidmətlərini təmin edən təchizatçıların, habelə sistemlərin, onların tərkib hissələrinin layihələndirilməsinə, istehsalına və ya texniki xidmətinə cəlb olunan təşkilatların sertifikatlaşdırılmadan fəaliyyət göstərməsinə görə – vəzifəli şəxslər yeddi min manatdan doqquz min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan qırx min manatadək məbləğdə cərimə edilir. 294-

5.4. Mülki hava gəmilərinə texniki xidmət göstərən təşkilatların və ya mülki hava gəmilərinin və onların komponentlərinin uçuşa yararlılığının saxlanılmasını idarə edən təşkilatların sertifikatlaşdırılmadan fəaliyyət göstərməsinə görə – vəzifəli şəxslər yeddi min manatdan doqquz min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan qırx min ma Maddə 294-5. Mülki aviasiya … lmadan fəaliyyət göstərməsinə görə – vəzifəli şəxslər yeddi min manatdan doqquz min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan qırx min manatadək məbləğdə cərimə edilir. 294-

5.5. Sertifikatlaşdırılmamış aviasiya avadanlıqlarından və vasitələrindən istifadəyə görə – avadanlıqlar və vasitələr müsadirə edilməklə və ya edilməməklə, fiziki şəxslər iki min manat məbləğində, vəzifəli şəxslər beş min manat məbləğində, hüquqi şəxslər əlli min manat məbləğində cərimə edilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver