295.1. Hava limanının (aeroportun) ərazisində yerləşən müəssisə, idarə və təşkilatlar və onların işçiləri tərəfindən obyektdaxili rejimin təmin olunmamasına və buraxılış rejiminə riayət edilməməsinə görə- fiziki şəxslər beş yüz manat məbləğində, vəzifəli şəxslər iki min manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir.
295.2. Hava gəmisinin istismarçısı tərəfindən hava gəmilərinin təhlükəsizliyinin təmin edilməməsinə görə- vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər üç min manat məbləğində cərimə edilir.
295.3. Aviasiya təhlükəsizliyi üzrə əməkdaş tərəfindən yerdə hava gəmisinin təhlükəsizliyinin təmin edilməməsinə görə- vəzifəli şəxslər min manat məbləğində cərimə edilir.
295.4. Hava gəmilərinin yoxlanılması və onlara baxış keçirilməsi qaydasının pozulmasına görə- fiziki şəxslər beş yüz manat məbləğində, vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər üç min manat məbləğində cərimə edilir.
295.5. Aviasiya təhlükəsizliyi üzrə əməkdaşın qanuni göstərişlərinə əməl etməməyə görə- fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər beş yüz manat məbləğində, hüquqi şəxslər min manat məbləğində cərimə edilir.
295.6. Hava gəmilərinin istismarçıları tərəfindən hava gəmisinin sərnişin və heyət üzvlərinə dair ilkin məlumatların və sərnişin adlarının qeydiyyat məlumatlarının sərnişin məlumatlarına dair “bir pəncərə” sistemi vasitəsilə real vaxt rejimind Maddə 295. Aviasiya təhlükəsizliyinin təmin edilməsi … dair ilkin məlumatların və sərnişin adlarının qeydiyyat məlumatlarının sərnişin məlumatlarına dair “bir pəncərə” sistemi vasitəsilə real vaxt rejimində elektron formada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) ötürülməməsinə görə – fiziki şəxslər iki min manat məbləğində, vəzifəli şəxslər beş min manat məbləğində, hüquqi şəxslər iyirmi min manat məbləğində cərimə edilir.
295.8. Azərbaycan Respublikasına mənsub hava gəmilərinin dövlət qeydiyyatına, xarici dövlətə mənsub hava gəmilərinin dövlət uçotuna alınmadan istismarına görə – fiziki şəxslər beş min manat məbləğində, vəzifəli şəxslər on min manat məbləğində, hüquqi şəxslər əlli min manat məbləğində cərimə edilir.