QanunvericilikAzərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi › Maddə 296

Maddə 296. Hava yolu ilə sərnişin, baqaj, yük, poçt, təhlükəli yüklər, hərbi silah və sursatlar daşıma qaydalarının pozulması

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

296.1. Hava yolu ilə sərnişin, baqaj, yük, poçt daşıma qaydalarının pozulmasına görə- fiziki şəxslər iyirmi manatdan otuz manatadək məbləğdə, vəzifəli şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə cərimə edilir.

296.2. Təhlükəli yüklərin, hərbi silah və sursatların daşınma qaydalarının pozulmasına görə – təhlükəli yüklər, hərbi silah və sursatlar müsadirə edilməklə və ya edilməməklə, fiziki şəxslər iki yüz əlli manat məbləğində, vəzifəli şəxslər beş yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir.

296.3. Radioaktiv tullantıların, yenidən istifadəyə yararlı işlənmiş nüvə yanacağının, qanunvericiliklə müəyyən edilən siyahıya müvafiq toksik və digər təhlükəli tullantıların, digər radioaktiv maddələr və nüvə materiallarının, təkrar istifadə edilə bilinməyən qeyri-toksik tullantıların, habelə istifadəsi və təkrar istifadə texnologiyası ekoloji təhlükə yaradan maddələrin hava yolu ilə daşınmasına görə – fiziki şəxslər dörd min manat məbləğində, vəzifəli şəxslər səkkiz min manat məbləğində, hüquqi şəxslər on beş min manat məbləğində cərimə edilir.

296.4. Təhlükəli yüklərin daşınması ilə bağlı hazırlıq keçməyən personalın təhlükəli yüklərin hava yolu ilə daşınmasına cəlb edilməsinə görə – fiziki şəxslər min beş yüz manat məbləğində, vəzifəli şəxslər üç min manat məbləğində, hüquqi şəxslər on min manat məbləğində cərimə edilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver