319.1. Şəhərdaxili (rayondaxili) sərnişin daşımaları yerinə yetirən avtobusda sərnişin müvafiq qaydada ödəniş etmədən getməyə görə- beş manat məbləğində cərimə edilir.
319.2. Şəhərlərarası (rayonlararası) sərnişin daşımaları yerinə yetirən avtobusda sərnişin biletsiz getməyə görə- on beş manat məbləğində cərimə edilir.
319.3. Beynəlxalq marşrut üzrə hərəkət edən avtobusda sərnişin biletsiz getməyə görə- iyirmi beş manat məbləğində cərimə edilir.
319.4. Dəmir yolu nəqliyyatında sərnişin biletsiz və ya müvafiq qaydada ödəniş etmədən getməyə görə- otuz manat məbləğində cərimə edilir.
319.5. Dəniz və çay nəqliyyatında sərnişin biletsiz getməyə görə- otuz beş manat məbləğində cərimə edilir.
319.6. Hava nəqliyyatında sərnişin biletsiz getməyə görə- qırx manat məbləğində cərimə edilir.