QanunvericilikAzərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi › Maddə 320

Maddə 320. Nəqliyyat vasitəsində biletsiz sərnişin aparma

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

320.1. Şəhərdaxili (rayondaxili) sərnişin daşımaları yerinə yetirən avtobusda müvafiq qaydada ödəniş edilmədən sərnişinin aparılmasına görə- iyirmi manat məbləğində cərimə edilir.

320.2. Şəhərlərarası (rayonlararası) sərnişin daşımaları yerinə yetirən avtobusda sərnişinin biletsiz aparılmasına görə- otuz manat məbləğində cərimə edilir.

320.3. Beynəlxalq marşrut üzrə hərəkət edən avtobusda sərnişinin biletsiz aparılmasına görə- qırx manat məbləğində cərimə edilir.

320.4. Dəmir yolu nəqliyyatında sərnişinin biletsiz və ya müvafiq qaydada ödəniş edilmədən aparılmasına görə- səksən manat məbləğində cərimə edilir.

320.5. Dəniz və çay nəqliyyatında sərnişinin biletsiz aparılmasına görə- əlli manat məbləğində cərimə edilir.

320.6. Hava nəqliyyatında sərnişinin biletsiz aparılmasına görə- altmış manat məbləğində cərimə edilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver