Hüquqi şəxsin benefisiar mülkiyyətçisi barədə məlumatların təqdim edilməməsinə, yəni: 403-
1.1.1. hüquqi şəxsin, habelə xarici hüquqi şəxsin nümayəndəlik və ya filialına münasibətdə xarici hüquqi şəxsin benefisiar mülkiyyətçisi ilə bağlı dürüst, dəqiq və yenilənmiş məlumatların “ Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında ” Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş hallarda və qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edilməməsinə; 403-
1.1.2. hüquqi şəxs, habelə xarici hüquqi şəxsin nümayəndəlik və filialı tərəfindən benefisiar mülkiyyətçisi barədə məlumatların qanunla müəyyən edilmiş mərhələlər üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edilməməsinə görə – vəzifəli şəxslər min manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər iki min beş yüz manatdan üç min manatadək məbləğdə cərimə edilir. 403-
1.2. Hüquqi şəxsin benefisiar mülkiyyətçisi ilə bağlı təsdiqedici sənədlərin “ Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında ” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş müddət ərzində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edilməməsinə görə – vəzifəli şəxslər min manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər iki min beş yüz manatdan üç min manatadək məbləğdə cərimə edilir.