QanunvericilikAzərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi › Maddə 403-2

Maddə 403-2. Benefisiar mülkiyyətçinin hüquqi şəxslərin dövlət reyestri məlumatlarında dəyişiklik barədə məlumatlandırılmaması

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Benefisiar mülkiyyətçinin özü barədə hüquqi şəxslərin dövlət reyestri məlumatlarında dəyişiklik edilməsi ilə bağlı hüquqi şəxs tərəfindən məlumatlandırılmamasına görə – vəzifəli şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, hüquqi şəxslər beş yüz manatdan yeddi yüz manatadək məbləğdə cərimə edilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver