QanunvericilikAzərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi › Maddə 440

Maddə 440. Mərkəzləşdirilmiş kredit reyestrinə və kredit bürosuna məlumatların təqdim edilməsi qaydalarının pozulması

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

440.1. Bank və ya bank olmayan kredit təşkilatı (kredit ittifaqı istisna olmaqla) tərəfindən mərkəzləşdirilmiş kredit reyestrinə və (və ya) kredit bürosuna “ Banklar haqqında ”, “ Bank olmayan kredit təşkilatları haqqında ” və “ Kredit büroları haqqında ” Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulmuş məlumatların həmin qanunlarda müəyyən olunmuş qaydada təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə görə - vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər on min manatdan on iki min manatadək məbləğdə cərimə edilir.

440.2. Kredit ittifaqı tərəfindən mərkəzləşdirilmiş kredit reyestrinə və (və ya) kredit bürosuna “ Kredit ittifaqları haqqında ” və “ Kredit büroları haqqında ” Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulmuş məlumatların həmin qanunlarda müəyyən olunmuş qaydada təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə görə - vəzifəli şəxslər yüz əlli manatdan iki yüz manatadək məbləğdə, hüquqi şəxslər min manatdan min iki yüz manatadək məbləğdə cərimə edilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver